Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz şəhərdə yaşa” adlı təmizlik aksiyası

06 iyun 2017 | 16:00

06 iyun 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və  İsmayıllı Peşə Tədris Mərkəzinin dəstəyi ilə həyata keçirilən təmizlik aksiyasına gənclərimizdən ibarət qruplar böyük həvəs və maraqla qoşuldu. Azərbaycanın mirvarisi olan doğma İsmayıllımızın daim gözəl və cəlbedici təbiətini qorumaq məqsədilə şəhərin üç istiqamətində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Uşaq əyləncə parkında və Xocalı anım abidəsi ətrafında təmizlik işləri aparıldı.Böyük həvəslə aksiyaya qoşulan tələbələrimiz yüksək fəallıq nümayiş etdirdilər.

Keçidlər