Şriftin ölçüsü :

Saytın rəngi :

Qurtuluş gününə həsr olunmuş inşa yazı müsabiqəsi.

07 iyun 2017 | 16:00

07 iyun 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “15-iyun-Milli Qurtuluş Günü” nə həsr olunmuş “ Qurtuluşumuz- xilasımızdır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirildi.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Gülər Abdullayeva açaraq iştirakçıları salamladı, bayramlarını təbrik etdi və hər kəsə uğurlar arzuladı.
Ardınca İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova çıxış etdi. Gənclərin bayramlarını təbrik etdi və Qurtuluş Günümüzün tarixi barədə geniş məlumat verdi. Eyni zamanda inşa-yazı müsabiqəsinin qaydaları ilə iştirakçıları tanış etdi.
Verilən bir saat ərzində gənclərimiz “Milli Qurtuluş Günü” barədə olan tarixi həqiqətləri özünə məxsus fikir və duyğuları ilə yazıya köçürdülər.
Müsabiqədə İsmayıllı şəhər 1 nömrəli, 2 nömrəli, 4 nömrəli, 5 nömrəli, 6 nömrəli, Cülyan və Talıstan kənd  tam orta məktəblərinin şagirdləri yüksək f əallıq nümayiş etdirdilər.
Müsabiqənin nəticələri təşkilat komitəsi tərəfindən açıqlanacaqdır.

Keçidlər