Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl sahələrində və otlaqlarda yanğın təhlükəzsizliyi ilə əlaqədar tədbir keçirilib

09 iyun 2017 | 16:00

09 iyun 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Rayon fövqəladə hallar komissiyasının tədbirlər planına əsasən taxıl sahələrində və otlaqlarda  yanğın təhlükəzsizliyi ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının I müavini Rövşən Ağayev, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Dövlət Yanğın Nəzarəti Şöbəsinin rəisi Nurlan Şahmurov, FHN-nin DYMX-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi İlkin Cəfərov və taxıl istehsalçıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə R. Ağayev açıb. Sonra Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov kənd təsərrüfatı işlərinin gedişi, taxıl biçininə hazırlığın vəziyyəti barədə məlumat verdi. FHN-nin Şimal-qərb Dövlət Yanğın Nəzarəti Şöbəsinin rəisi Nurlan Şahmurov, eləcə də FHN-nin DYMX-nin İsmayıllı rayon DYM Hissəsinin rəisi İlkin Cəfərov yanğın təhlükəsizliyi qaydaları,  qanunvericiliyin tələbləri və bu sahədə yaranan məsuliyyət barədə tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirin sonunda taxıl istehsalçılarının sualları cavablandırılıb.

Keçidlər