Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Qubaxəlillidə İsmayıllı rayon İcra Hakimiyy...

    Qubaxəlillidə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulu

    2016-10-20

    Vaxtilə taxılçılıq və heyvandarlıq məhsulları istehsalının həcmi və artım tempi,şəhər tipli yaşayış məntəqəsi olması ilə rayonda mühit yaradan, Respublikada tanınan Qubaxəlilli kəndinin keçmiş şöhrətini qaytarmaq üçün RİH-nin başçısı yerli icra və özünüidarəetmə strukturları, sahibkarlarla birgə yeni layihələr hazırlayır.

  • İsmayıllının sosial-iqtisadi inkişafının do...

    İsmayıllının sosial-iqtisadi inkişafının doqquz aylıq yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

    2016-10-19

    19 oktyabr 2016-cı il tarixdə rayon icra hakimiyyətinin akt zalında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının doqquz aylıq yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

  • İdmançımız Avroasiya birinciliyində Qızıl m...

    İdmançımız Avroasiya birinciliyində Qızıl medal qazanıb.

    2016-10-18

    16 oktyabr 2016- ci il tarixdə Beynəlxalq Kempo Federasiyasının təşkilatçılığı ilə Milli.az, day. Az və trend.az –ın informasiya dəstəyi ilə Bakı şəhərində 15-16-17 yaşlı oğlan və qızlar arasında Kempo karate idman növü üzrə Avroasiya birinciliyi keçirilmişdir.

  • İsmayıllıda Azərbaycan Respublikası Dövlət ...

    İsmayıllıda Azərbaycan Respublikası Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü bayram edilib.

    2016-10-17

    Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin tarixi, sosial-iqtisadi inkişafı, tarixi günlər, milli və dövlət bayramları, yubileylər, xatirə günləri, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı təntənəli tədbirlər üçün bir qayda olaraq Heydər Əliyev Mərkəzi məkan seçilir. Bu gün də 17 oktyabrda da belə idi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq Respublikamızın dövlət müstəqilliyinin iyirmi beşinci ildönümünə həsr olunmuş təntənəli bayram tədbiri keçirilirdi.

  • Dövlət təltifinə layiq görülmüş müəlliml...

    Dövlət təltifinə layiq görülmüş müəllimlərə təltiflərin təqdim olunması mərasimi keçirilmişdir.

    2016-10-15

    Azərbaycan Respublikası Təhsil Nazirliyində dövlət təltifinə layiq görülmüş müəllimlərə təltiflərin təqdim olunması mərasimi keçirilmişdir. Təltif edilənlər arasında “Tərəqqi” medallı bir müəllimimiz də- Şərafət Bayramov da var.

  • Uşaq kitabxanasında tədbir keçirilmişdir.

    Uşaq kitabxanasında tədbir keçirilmişdir.

    2016-10-15

    İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsində peşə yönümlü fəaliyyətin inkişafı, şagirdlərin kollec və ali təhsil pilləsinə qəbulu ilə bağlı regionlarda silsilə tədbirlər çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

  • Dini radikalizmlə mübarizəyə həsr olunmuş t...

    Dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir

    2016-10-15

    Oktyabrın 15-də İsmayıllı rayon Təhsil şöbəsinin akt zalında İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda dini maarifləndirici seminar keçirilib.

  • Cüdoçu qızlarımız Respublika birinciliyindən...

    Cüdoçu qızlarımız Respublika birinciliyindən medallarla qayıdıblar.

    2016-10-14

    12-13 oktyabr 2016-cı il tarixlərdə “Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan U23 yarışlarında respublikamızın müxtəlif bölgələrindən 300-ə yaxın cüdoçu mübarizə aparmışdır.

  • Müstəqilliyimiz sarsılmazdır!

    Müstəqilliyimiz sarsılmazdır!

    2016-10-14

    Milli Müstəqillik Günümüzün 25 illiyi ilə əlaqədar olaraq 14 oktyabr 2016-cı il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi dəyirmi-masa keçirdi.

  • “GÜLSAM” Əlillərin Reabiltasiyası İctimai...

    “GÜLSAM” Əlillərin Reabiltasiyası İctimai Birliyi tədbir keçirib

    2016-10-13

    “GÜLSAM” Əlillərin Reabiltasiyası İctimai Birliyi, Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "GÜLSAM" Əlillərin Reabiltasiyası layihəsi çərçivəsində 12 sentyabr 2016-cı il tarixdə “Çıraqban”ailəvi istirahət mərkəzində tədbir keçirib. Layihənin əsas məqsədi əlillərin reabiltasiyasına xidmət göstərməkdir.

  • İsmayıllıda turizmin mövcud vəziyyəti və in...

    İsmayıllıda turizmin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib

    2016-10-12

    Oktyabrın 11-də İsmayıllıda “Azərbaycanın şimal-qərb bölgələrində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri”nə həsr olunan regional müşavirə keçirilib. Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq struktur rəhbərləri, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, turizmlə bağlı digər dövlət qurumlarının, rayonların icra hakimiyyətlərinin nümayəndələri, habelə bölgədəki turizm obyektlərinin sahibləri iştirak ediblər.

  • İsmayıllı rayon Icra Hakimiyyətinin iclas zal...

    İsmayıllı rayon Icra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” iclası keçirilmişdir.

    2016-10-12

    11 oktyabr 2016-cı il tarixdə İsmayıllı rayon Icra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” iclası keçirilmişdir. RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması söbəsinin müdiri Mahmud Süleymanov iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış etdi. Sonra İƏD üzrə nümayəndələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tövsiyə etdi.

  • Milli Müstəqillik gününə həsr olunmuş inşa...

    Milli Müstəqillik gününə həsr olunmuş inşa yazı müsabiqəsi.

    2016-10-12

    12 oktyabr 2016-cı il tarixdə saat 10 00-da Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi ilə birgə Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə 18 oktyabr–Milli Müstəqillk Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədi və dönməzdir!” mövzusunda rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa –yazı müsabiqəsi keçirdi.

  • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar  ...

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı RK-nin İsmayıllıda regional seminarı

    2016-10-11

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi İsmayıllıda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Göyçay, Şamaxı, Qobustan və başqa rayonların nümayəndələrinin iştirakı ilə ATİAHİ-nın ilk, rayon, şəhər və rayon hüquqlu təşkilatlarında hesabat seçki yığıncaqlarının keçirilməsinə həsr olunmuş seminar keçirib.

  • kənd.info saytının rəhbərliyinə

    kənd.info saytının rəhbərliyinə

    2016-10-11

    Hörmətli kənd.info saytının rəhbərliyi!

  • Şəhid Ülvi Məmmədovun xatirəsinə həsr olun...

    Şəhid Ülvi Məmmədovun xatirəsinə həsr olunmuş turnir

    2016-10-10

    09 oktyabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş sənəti üzrə Yeniyetmələr və gənclər arasında Şəhid Ülvin Məmmədovun xatirəsinə həsr olunmuş turnir keçirilib.

  • Bədii gimnastikada  3 birinci yer

    Bədii gimnastikada 3 birinci yer

    2016-10-10

    İsmayıllı rayonunu 11 gimnast bədii gimnastika üzrə 2-ci Kürdəmir Kubokunda uğurla təmsil edib. Müxtəlif yaş qruplarında gimnastlarımız 3 birinci yer qazanaraq rayona medallar, diplomlar və xüsusi hədiyyələrlə qayıdıblar.

  • İsmayıllı rayon icra hakimiyyəti

    İsmayıllı rayon icra hakimiyyəti

    2016-10-09

    İsmayıllı rayon icra hakimiyyətindən kiv-lərə

  • İsmayıllıda regional Bilik Evi açıldı.

    İsmayıllıda regional Bilik Evi açıldı.

    2016-10-06

    Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun regional Bilik Evinin açılışı olub.

  • İsmayıllı idmançısı Dünya çempionatında ...

    İsmayıllı idmançısı Dünya çempionatında üçüncü oldu

    2016-10-06

    05 oktyabr 2016-cı il tarixdə Bolqarıstanda keçirilən Qol güləşi üzrə 38-ci dünya çempionatında İsmayıllıdan olan idmançımız Şahlarlı Toğrul dörddə bir finalda erməni idmançısına qalib gələrək yarımfinalda iştirakını təmin etmişdir. Yarımfinalda bürünc medala layiq görülərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlmişdir.

  • İsmayıllıda Beynəlxalq Müəllimlər günü  	...

    İsmayıllıda Beynəlxalq Müəllimlər günü yüksək səviyyədə qeyd edildi.

    2016-10-05

    İsmayıllı müəllimləri öz peşə bayramlarına 22 “Ən yaxşı məktəb” və 26 “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi ilə gəlmişdilər. Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi ilə rayon təhsil şöbəsinin Beynəlxalq Müəllimlər günü”nə həsr etdikləri tədbir Heydər Əliyev parkındakı “Gülüstan” şadlıq sarayında keçirilirdi.

  • Səyyar “ASAN xidmət” İsmayıllıda işə ba...

    Səyyar “ASAN xidmət” İsmayıllıda işə başladı

    2016-10-04

    İdarəetmdə Azərbaycan brendi olan “ASAN” xidmət”in səyyar dəstəsi 4 oktyabr 2016-cı il tarixdən İsmayıllıda əhaliyə xidmətə başlayıb. Rayon gənclər və idman idarəsinin 12 nəfərlik könüllülər qrupu ilk andan “ASAN” xidmətdə fəaliyyət göstərirlər.

  • Kamil Qafarov Respublika Kubokunun qalibidir

    Kamil Qafarov Respublika Kubokunun qalibidir

    2016-10-03

    23-25 sentyabr 2016-cı il tarixlərdə Xırdalan şəhərində yerləşən Beynəlxalq Zirvə idman Klubunun idman bazasında Poverliftinq idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan Respublikası Kuboku yarışı keçirilmişdir.

  • “Azərbaycanlı qaçqın və məcburi köçkünl...

    “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilmişdir.

    2016-10-01

    Oktyabrın 1-də Rayon uşaq kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərlə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilmişdir.

  • Avropa İttifaqının nümayəndə heyyəti İsmay...

    Avropa İttifaqının nümayəndə heyyəti İsmayıllıda

    2016-09-29

    Avropa İttifaqı nümayəndə heyyəti peşə təhsili və təlimi ilə əlaqədar regionlara səfəri çərçivəsində 28 sentyabr 2016-cı il tarixdə İsmayıllıya gəlib.

əvvəlki [16] növbəti