Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman Nazirliyinin yaranmasının növbəti ildönümü ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində görüş

27 iyul 2017 | 16:00

İsmayıllı gəncləri və idmançıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü ilə əlaqədar bir-birindən maraqlı tədbirlər-debatlar, konfranslar, idmanın müxtəlif növləri üzrə yarışlar keçiriblər. Yekun olaraq bu münasibətlə gənclər və idmançılarla, dövlət siyasətinin hər iki istiqamətinin təşkilatçıları ilə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirilib. Tədbirdə  intellektual yarışlarda, fənn olimpiadalarında qalib gələn, test imtahanlarında yüksək bal toplayan gənclər, müxtəlif idman növləri üzrə ölkə və Avropa çempionları,onların məşqçiləri iştirak ediblər.
Görüşü İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq,iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü münasibətilə təbrik edib. Daha sonra qeyd edib ki, bir çox vacib, həyati əhəmiyyət kəsb edən sahələr kimi gənclərin,idmanın və turizmin idarə olunması da ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələnədək başlı başına buraxılmışdı. Onun 26 iyul 1994-cü il tarixli sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması dövlət siyasətinin hər üç istiqamətinin düzgün həyata keçirilməsinin əsil hərəkətverici qüvvəsi oldu. Bir müddət sonra cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi nəticədə Azərbaycanı idman ölkəsinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısından, intellektual, elmi və fiziki güc alan gənclərimiz və idmançılarımız uğurları ilbəil artırırlar. Bu baxımdan İsmayıllının gəncləri və idmançılarının fəaliyyəti, inkişaf səviyyəsi də  təqdir olunmağa layiqdir. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı, Olimpiya idman Kompleksinin, rayon təhsil şöbəsinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin və Peşə tədris Mərkəzinin iştirakı ilə rayonda fəal  gənclik həyatı yaşanır, könüllülük hərəkatı genişlənir. Gənclərin məşğulluğunun artırılması üçün səmərəli tədbirlər həyata keçirilir.Rayon İcra hakimiyyəti dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi, yetişən nəslin vətənpərvər ruhda böyüməsi, təhsilinin səmərəli təşkili, möhkəm idman  bazasının yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Gənclərin müxtəlif mövzulu kurslara cəlb olunması, “Gənc təsərrüfatçılar” məktəbinin yaradılması, idmançıların hər bir uğrunun hədiyyə və təltiflərlə qarşılanması bu sahələrin daha sürətli inkişafı üçün stimul yaradır.
Görüşdə test imtahanlarında 695 bal toplamış şəhər 6 saylı tam orta məktəbin məzunu Murad Ağazadənin çıxışı alqışlarla qarşılanıb. O, çıxışında təhsil şəraitinə, hər kəsin potensialının üzə çıxarılması üçün yaratdığı imkanlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Hər zaman təhsilin qayğıkeşi olan, hər bir İsmayıllı gəncinin təhsili, sosial həyatı üçün özünü məsul bilən RİH-nin başçısı Mirdaməd Sadıqova və müəllimlərə təşəkkür edib.
   Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov, Cüdo üzrə məşqçi Əkbər Şəfaqətov və başqalarının çıxışları dinlənilib.
  Rayon gənclər və İdman idarəsinin rəisi Taleh Salehov rayon Gİİ-nin yaranmasından və sonrakı inkişafından, gənclərin və idmançıların fəallığının artmasından, Gənclər və İdman Nazirliyi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin idarənin işinə həmişə dəstək olmasından, fəallığın ən bariz nəticəsi olan 2015-ci ildə İsmayıllının “Azərbaycanın gənclər paytaxtı” seçilməsində danışıb, iştirakçıları təbrik edib.
Əsas tərkibi “Asan-xidmət” könülüllərindən ibarət olan bir qrup daha fəal gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər