Şriftin ölçüsü :

Saytın rəngi :

Diyallı kəndində sənaye üsulu ilə moruq yetişdirilir.

28 iyul 2017 | 16:00

Diyallı kəndində iş adamı Aqşin Ağayev tərəfindən 4,4 hektar ərazidə istixana təsərrüfatı yaradılmışdır. İstixanalarda istilik enerjisindən istifadə olunmur, sadəcə parniklərin üzəri polietielen örtüklə örtülmüşdür. Hal-hazırda 1 hektarda 50 istixana təşkil olunmuşdur. Burada moruğun 6 növü yetişdirilir. Əkin materialı İngiltərədən, əkində istifadə olunan kokobit isə Hindistandan gətirilmişdir.
Bütün istixanalarda iş tamamlanıb. Belə ki, əkin aparılıb, suvarma sistemləri quraşdırılıb. İlk məhsulun oktyabr, noyabr aylarında əldə olunması gözlənilir. İstehsal olunmuş moruğun daxili bazarda satılması planlaşdırılır.
Payızda böyürtkənin xüsusi növünün də əkilməsinə hazırlıq işləri aparılır.
Layihənin icrasına təxminən 1200000 manat vəsait sərf olunmuşdur.

Keçidlər