Şriftin ölçüsü :

Saytın rəngi :

Barama,tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunmuş Respublika müşavirəsi ilə əlaqədar İsmayıllı rayonunun qarşısında duran vəzifələrə dair yığıncaq iştirakçılarının Müraciəti

09 avqust 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti
     möhtərəm cənab İlham Əliyevə

Barama,tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunmuş Respublika müşavirəsi ilə əlaqədar İsmayıllı rayonunun qarşısında duran vəzifələrə dair yığıncaq iştirakçılarının
   Müraciəti

Möhtərəm cənab Prezident!
Biz-İsmayıllı rayonunun tütünçüləri, baramaçıları, fındıq istehsalçıları və bu sahədə çalışan mütəxəssislər yekdilliklə bildiririk ki, Qaxda sədrliyinizlə keçirilən müşavirədə qarşıya qoyduğunuz cari və perspektiv vəzifələri məsuliyyətlə qəbul etmiş, icrasını təmin etmək yollarını müəyyənləşdirmişik. Müşavirədəki  yekun nitqinizdə deyildiyi kimi, əvvəlki və 2016-2017-ci illərdə əldə olunmuş nəticələri təhlil etmiş, inkişafı sürətləndirəcək nəticələrə gəlmişik.
Möhtərəm cənab Prezident!
Müşavirədə ifadə etdiyiniz  “Azərbaycanda ipəkçiliyin qədim tarixi var, bizim kəlağayı bizim milli sənətimizdir, bizim milli sərvətimizidir” kəlamını  qədim Basqala, Lahıca və İsmayıllıya verilən böyük dəyər kimi qəbul edirik. Baramaçılığın geniş miqyasda inkişafına, Basqal qəsəbəsində kəlağayı toxuculuğunun bərpasına bundan sonra daha ciddi, daha  məsuliyyətlə yanaşmağı ümdə vəzifəmiz hesab edirik.
Möhtərəm cənab Prezident!
Bir daha Sizi əmin edirik ki, İsmayıllı üçün tarixən ənənəvi sahələr olan tütünçülüyü, baramaçılığı və fındıqçılığı inkişaf etdirmək məqsədilə verdiyiniz bütün tapşırıqları layiqincə yerinə yetirəcəyik. Taxılçılıqda qazandığımız uğurlardan razı qaldığınız kimi, vacib saydığınız baramaçılıq, fındıqçılıq və tütünçülükdə əldə olunan nailiyyətlərimiz də razılıq yaradacaqdır.
  Biz Sizin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrinizin icrası üçün səfərbər sıralardayıq. Çoxistiqamətli siyasətinizin icraçılarının önündə getməyi özümüzə vətəndaşlıq, Azərbaycançılıq borcu bilirik.
Sizin rəhbərliyinizlə daim yüksələcək Azərbaycan
Sizin rəhbərliyinizlə hər bir sahədə qələbə qazanacaq Azərbaycan
Vətənimiz, xalqımız, millətimiz naminə Allah sizi qorusun.

Dərin hörmət və ehtiramla,
İsmayıllıda barama, tütün və fındıq istehsalının inkişafı
ilə əlaqədar qarşıda duran vəzifələrə həsr
olunmuş yığıncağın iştirakçıları

9 avqust 2017-ci il

Keçidlər