Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin nümayəndəsi İsmayıllıda səfərdə olub

10 avqust 2017 | 16:00

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ( BMTİP) Azərbaycanda ətraf mühütin davamlı idarəedilməsinin təşviqi üzrə milli potensialın qurulması istiqamətində tədbirlər həyata keçirir.  2014-cü ildən etibarən , Ekologioya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində meşələrin idarəedilməsi, yeni meşələrin və bağların salınması, otlaqların monitorinqi və inventarlaşdırılması, fermer təsərrüfatlarının əlavə gəlir mənbələrinə dəstək xarakterli fəaliyyətlər həyata keçirirlir. Aparılan işlərin monitorinqi və tanışlıq məqəsdilə Birləşmiş Millətlər Təşkilatı Rezident Əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı Rezident nümayəndəsi cənab Qulam İsaqzay 9-10 avqust 2017-ci il tarixlərdə İsmayıllı rayonu ərazisinə səfər etmişdir.   “Cənubi Qafqaz Landşaftında Meşə və Torpaqların Davamlı İdarə Edilməsi” layihəsi ilə bağlı    Lahıc qəsəbəsində  olmuş, yay otlaq ərazilərinə baxış keçirilmişdir. Layihə ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş keçirilmiş, müzakirələr aparılmışdır.

Keçidlər