Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon qonaqlar İsmayıllıya səfər edib

16 avqust 2017 | 16:00

İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında imzalanmış “Qardaşlaşmış şəhərlər”  protokoluna  əsasən  avqustun 15-də  İto şəhərindən  gələn  nümayəndə  heyəti  İsmayıllıya  səfər  edib. Yuxarı sinif şagirdi Suzuki Takeshidən, bir universitet tələbəsi Umehara Taigadan və bir müəllim İnaba Naokadan  ibarət olan nümayəndə heyəti öncə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində olub. Yüksək səviyyədə  qarşılanan qonaqlar onlar üçün təşkil olunmuş  sərgi,  o cümlədən məktəb kitabxanası, həmçinin məktəbin  tarix muzeyi ilə tanış olublar. Qonaqların şərəfinə şagirdlər tərəfindən hazırlanmış musiqili tədbirdə həm yapon dilində, həm də Azərbaycan dilində bir-birindən maraqlı nömrələr təqdim olunub. Daha sonra qonaqlar Uşaq Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına parkda, həmçinin dostluq şərəfinə yaradılmış “ Yapon bağı”ında olublar.
Avqustun 16-sı qonaqlar Heydər Əliyev Mərkəzində şəhər 2 saylı körpələr evi-uşaq bağçasının hazırladığı musiqi nömrələrinə tamaşa edib, Mərkəzdə yaradılmış dərnəklərlə tanış olub, həmçinin sərgiyə baxıblar.
Yapon qonaqlar avqustun 25-nədək şəhər bir saylı tam orta məktəbin şagirdi Suğra Ağamalıyeva və Mehin Əkbərlinin evində qonaq olacaqlar.

Keçidlər