Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.

23 avqust 2017 | 16:00

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu İƏD-nin Buynuz kəndində “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.
           Tədbirdə İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, Topçu kənd məscidi dini icmanın sədri Rəşid Məmmədov, dini icma üzvləri, müəllimlər, gənclər və kənd ağsaqqalları iştirak ediblər.
          Tədbiri giriş sözü ilə Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov açıb və radikalizm, onun yaratdığı fəsadlardan danışıb.
         Ismayıllı RİH başçısı aparatının nümayəndəsi Murad Məhərrəmov ölkəmizdə aparılan dövlət – din siyasəti, dinə dövlət qayğısı, “İslam Həmrəyliyi ili” çərçivəsində görülmüş işlər və qarşıda dura vəzifələr barədə məlumat verib.
          DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafı üçün görülən işlər, o cümlədən  milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edərək yabancı adət-ənənələri də təbliğ etməyə çalışanlara qarşı aparılanmübarizə tədbirlərindən söz açıb.
          Daha sonra İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov İslam dinində fitnə yaratmağın böyük günah olduğunu və dinimizin bizi vəhdətə səslədiyini bildirib. Verilən suallar cavablandırılıb.
          Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Keçidlər