Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda 1500 başlıq heyvandarlıq kompleksinin tikintisi davam etdirilir.

06 sentyabr 2017 | 16:00

Rayonun Keyvəndi kəndində “Azza-aqro” şirkəti tərəfindən 1500 başlıq müasir heyvandarlıq kompleksinin tikintisi istiqamətində işlər davam etdirilir. Kompleksə birinci mərhələdə “Aqrolizinq ASC” nin xətti ilə 300 baş “Holşten-friz” cinsli südlük heyvanlar gətirilməsi planlaşdırılır. Artıq heyvanlar saxlanılacaq  binanın tikinti işləri başa çatdırılıb, avadanlıqlar quraşdırılıb. Sağım və doğum binasının da avadanlıqlarının quraşdırılması, buzovların saxlanılması üçün beton örtüklü meydança tikintisi  başa çatmaq üzrədir. Bundan başqa kompleksdə yem emalı üçün avadanlıqlar quraşdırmaq üçün hazırlanıb, texnika üçün qaraj tikilib, yük maşınları üçün tərəzi quraşdırılıb, bütün binaların quraşdırma və elektrik işləri başa çatmaq üzrədir.
Cari ildə kompleksə gətiriləcək heyvanların yemlə təmin olunması məqsədilə              
400 hektara yaxın sahədə əkilmiş taxıl və yem bitkiləri toplanaraq yem ehtiyatı yaradılıb.
Kompleksin tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondundan 3,5 milyon manat kredit götürülmüşdür.

Keçidlər