Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclər arasında karate üzrə rayon birinciliyi

06 sentyabr 2017 | 16:00

 06 sentyabr 2017-ci il tarixdə Ismayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsi, Olimpiya İdman Kompleksi ilə birgə yeniyetmə və gənclər arasında karate idman növü üzrərayon birinciliyi keçirilib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamlayıb. İsmayıllı idmançılarının gündən-günə artan uğurlarının başlıca olaraq ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi olduğunu vurğulayıb və idmançılara uğurlar arzulayıb.
Olimpiya idman Kompleksinin direktor müvini Anar Həsənov da öz növbəsində iştirakçıları salamlayıb və oyunun qaydaları haqqında idmançılaraməlumat verib
Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif çəki dərəcəsində qalib gələn idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.

 

Keçidlər