Şriftin ölçüsü :

Saytın rəngi :

Sinif rəhbərlərinə mülki müdafiə kursu keçirilmişdir.

09 sentyabr 2017 | 16:00

İsmayıllı rayonunun 2017-ci il üçün Mülki müdafiə tədbirləri planına əsasən 08 sentyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseyinin iclas zalında İsmayıllı rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərlərinin iştirakı ilə mülki müdafiə kursu keçirilib.
Kursda Şamaxı Regional FH və MM şöbəsinin rəisi vəzifəsinin icraçısı mayor Sarvan Əsədov, şöbənin əməkdaşı baş leytenant Asim Atakişiyev, Rayon Mülki müdafiə qərargahının rəisi, rayon icra hakimiyyətinin baş məsləhətçisi Vüqar Muradəliyev, Rayon İcra Hakimiyyəıtinin baş məsləhətçisi Namiq Kərimov və 195 nəfər müəllim iştirak edib.
Mülki müdafiə kursunu Rayon MM qərargahının rəisi, Rayon İcra Hakimiyyəıtinin baş məsləhətçisi V.Muradəliyev açaraq iştirakçıları salamlamış və kursun mahiyyəti barədə onlara məlumat verib.
Kursda Şamaxı Regional FH və MM şöbəsinin əməkdaşı baş leytenant              A. Atakişiyev tərəfindən fövqəladə hallar zamanı əhalinin mühafizəsi və təxliyyə edilməsi barədə film nümayiş etdirilib
Şamaxı Regional FH və MM şöbəsinin rəisi vəzifəsinin icraçısı mayor Sarvan Əsədov çıxış edərək orta ümümtəhsil məktəblərdə şagirdlərin MM hazırlanması barədə müəllimlərə ətraflı məlumat vermiş, onların qarşısında duran vəzifələrin vacibliyindən danışıb.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Malik Əliyev fövqəladə hallar zamanı ilk yardımların göstərilməsi və bu hallarda necə hərəkət etməklə yaralıları müalicə müəssisələrinə çatdırılması barədə geniş məlumat verib.

Keçidlər