Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və turizm sistemində çalışanların rayon toplantısı keçirilib

21 sentyabr 2017 | 16:00

21 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev mərkəzində Mədəniyyət və turizm sistemində çalışan işçilərin ümumrayon toplantısı keçirilib. Kitabxanaçıların, yaradıcılıq mərkəzləri və klubların, şəhər mədəniyyət mərkəzi işçilərinin, İƏD-lər üzrə nümayəndələrin iştirak etdiyi toplantını giriş nitqi ilə açan İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov mövcud durumu dərindən təhlil edib, islahatların, ixtisarların aparılmasında qanunun, insan hüquqlarının gözlənilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, müasir dünyada baş verən hadisələr hər bir mədəniyyət işçisindən tələb edir ki, Azərbaycanın dövlət siyasətinin təbliğatçısına çevrilsin, işdə intizamlı olsun, vəzifəsinin məsuliyyətini dərindən dərk etsin. Kitabxana xidməti xüsusilə yaxşılaşdırılmalı, “Xalq teatrı” bərpa olunmalı, bədii özfəaliyyət kollektivləri inkişaf etməlidir. Folklor qrupları və ansambllar Lahıc, İvanovka, Sumağallı və Mollaisaqlı ilə məhdudlaşmamalıdır.
Regional mədəniyyət və turizm mərkəzinin direktoru Elnur Hüseynov hesabat xarakterli çıxış edib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova bundan sonrakı dövrdə mədəniyyət və turizm işçiləri, incəsənət məktəbi qarşısında duran vəzifələrdən danışıb. Onları ideoloji işdə fəal olmağa çağırıb.

Keçidlər