Şriftin ölçüsü :

Saytın rəngi :

YAP təşkilatı Qadınlar Şurasının Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr etdiyi tədbir.

08 oktyabr 2017 | 16:00

Hakim Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı (YAP) Qadınlar Şurası partiyasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirib. Yubiley tədbirinin iştirakçıları ilk dəfə YAP-ın yaranması ilə əlaqədar filmə tamaşa ediblər.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, bu siyasi təşkilatın səhnəyə gəlməsi ilə ölkədə azadlığın, müstəqilliyin təməli qoyulur. YAP ictimai ehtiyacların obyektiv tələbatına cavab verdi. 1995-ci ildə Azərbaycan qadının cəmiyyətdəki nüfuzunu, hörmətini, qadınların yorulmaz fəaliyyətini görən ulu öndər Heydər Əliyev Qadınlar Şurasının yaradılması haqqında qərar verdi. Həmçinin tədbirdə partiyanın yaranmasında İsmayıllı qadınlarının aktivliyi, cəsarətli, ulu öndərin ideyalarına sadiqliyi qeyd edildi.
İsmayıllı rayon YAP Qadınlar Şurasının sədri Xuraman Qurbanova çıxışında qeyd edib ki, Azərbaycan qadınları bu gün dünyanın qadınları hərəkatının ön sıralarında ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədləri üçün sistemli tədbirlərin genişləndirilməsi, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.
        Digər çıxış edənlər vurğuladılar ki, bu gün ölkədə təhsil və iqtisadiyyatda çalışanların çox hissəsi qadınlardır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan qadınlar son illərdə yüksək fəxri adlara, orden və medallara, fərdi təqaüdlərə layiq görülüblər.Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir. Eləcə də İsmayıllı qadınları da bu cür yüksək fəxri adlarla qiymətləndirilmişdir.
       Bir qrup qadına qəbul edilmiş Yeni Azərbaycan Partiyasına üzvlüyün son günü keçirildi.

 

Keçidlər