Şriftin ölçüsü :

Saytın rəngi :

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması çox vacibdir.

12 oktyabr 2017 | 16:00

Son zamanlar həm sürücülərin, həm də piyadaların təqsiri üzündən bir sıra yol-qəza hadisələri baş verib. Bu da yol hərəkəti qaydalarının təbliği və öyrədilməsinə diqqəti artırıb. Qəzaların, nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi aid orqanlarla birgə səmərəli tədbirlər keçirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq İsmayıllı rayon İcra Hakimiyyəti ilə Gənclər və İdman idarəsinin təşkilatçılığı, rayon Polis şöbəsinin yol polisi bölməsinin, Dövlət Humanitar və Texnologiya kollecinin  Peşə Tədrıs Mərkəzinin iştirakı ilə 12 oktyabr 2017-ci il tarixdə İsmayıllı  Peşə Tədris Mərkəzində “Yol hərəkət qaydalarının təhlükəsizliyinə ictimaii dəstək” devizi altında tədbir keçirilib.
      Tədbiri Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açaraq tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara yol hərəkəti qaydaları haqqında məlumat verib, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov da çıxış edərək iştirakçılara yol hərəkəti  qaydalarına riayət edilməməsinin acı nəticələri barədə yerli faktlar əsasında məlumat verib. Yol polis bölməsinin baş inspektoru Xəyyam Mehdiyev yol hərəkəti haqqında inzibati xətalar məcəlləsinin maddələri barədə geniş məlumat verib. RİH-nin baş məsləhətçisi Namiq Kərimov və Kollecin tarix müəllimi Mövlud Ağayev çıxış edərək yol hərəkəti və nəqliyyatın idarə olunması qaydalarına ciddi riayət etməyin vacibliyindən danışıblar.  Sonda iştirakçıların təklifləri dinlənib, Kollecin Tələbə Gənclər Təşkilatının sədri Hüseynov Əlirıza M.F.Axundov küçəsi ilə Babək küçəsinin kəsişməsində piyada zolağının çəkilməsini tələbələr adından xahiş edib.

 

Keçidlər