Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Müharibə veteranlarına hüquqi yardım

    Müharibə veteranlarına hüquqi yardım

    2016-09-29

    29 sentyabr 2016-cı il tarixdə saat 11 00 – da İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə veteran vəsiqəsi və statusu ala bilməyən keçmiş döyüşçülərə hüquqi yardım göstərilməsi və maarifləndirilməsi məqsədi ilə geniş tədbir keçirmişdir.

  • Dünya birinciliyində ikinci yer

    Dünya birinciliyində ikinci yer

    2016-09-28

    19 – 22 sentyabr 2016-cı il tarixdə Beynəlxalq Həvəskarlar Federasiyasının təşkilatçılığı ilə Rusiyanın Medın şəhərində 14-17 yaşlı oğlanlar və qızlar arasında Universal döyüş üzrə dünya birinciliyi keçirilmişdir. 14-15 yaşlı gənclər arasında qüvvəsini sınayan həmyerlimiz Əsgərov Eşqin 50 kiloqrama qədərki çəki dərəcəsində gümüş medal qazanaraq fəxri kürsünün 2-ci pilləsində yerini tutmuşdur.

  • Təzəkənd kəndində əhalinin sığortaya cəlb...

    Təzəkənd kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirildi.

    2016-09-28

    28 sentyabr 2016-cı il tarixdə Təzəkənd kəndində əhalinin şəxsi əmlakının sığortalanması istiqamətində maarifləndirmə tədbiri keçirildi. Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar və Təzəkənd kənd orta məktəbinin yuxarı sinif şagirdləri iştirak etib.

  • Bu gün İsmayıllı rayon Mədəniyyət və Turiz...

    Bu gün İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsi “Turizm işçiləri günü” peşə bayramını qeyd etdib.

    2016-09-27

    İştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. “Turist bazarı”nda davam edən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış etmiş, turizm işçilərinə bayram təbriki ünvanlamış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust 2016-cı il tarixdə İsmayıllıya səfəri zamanı turizmin inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrdən danışmışdır.

  • ABŞ-ın "Matuto" musiqi qrupu İsmayıl...

    ABŞ-ın "Matuto" musiqi qrupu İsmayıllıda konsert verib.

    2016-09-25

    24 sentyabr 2016-cı il tarixdə Gənclər Mərkəzində “Matuto” musiqi qrupunun konserti olub. Bu konsert Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Amerika Musiqisinin Elçiləri” proqramı çərçivəsində təşkil edilib.

  • “Heydər Əliyev idarəetmə məktəbi”nin  ye...

    “Heydər Əliyev idarəetmə məktəbi”nin yeni məşğələsi Qalagah kəndində keçirildi.

    2016-09-24

    İsmayıllı rayonunun ictimai-siyasi, sosial-iqtisadi, ideoloji həyatında çox böyük əhəmiyyət kəsb edən “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri tək Heydər Əliyev Mərkəzində yox, bir müddətdir ki, idarə heyətinin sədri professor Mirdaməd Sadıqovun təklifi ilə yerlərdə təşkil olunur.

  • Aşıq Yanvar təbrikləri qəbul etməkdədir.

    Aşıq Yanvar təbrikləri qəbul etməkdədir.

    2016-09-23

    Şirvan aşıq məktəbinin ustad davamçılarından olan Aşıq Yanvar Bədəlov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Fikrində, düşüncəsində həmişə dövlətimizə, ölkəmizin başçısına minnətdar olan İsmayıllı sakinlərinin hər biri bu təltifi özünə verilən dəyər sayır.

  • “Heydər Əliyev idarəetmə məktəbi”nin Qal...

    “Heydər Əliyev idarəetmə məktəbi”nin Qalacıqda məşğələsi keçirilib.

    2016-09-22

    “Heydər Əliyev idarəetmə məktəbi”nin Qalacıqda məşğələsi keçirilib.

  • “Heydər Əliyev idarəetmə məktəbi”nin nö...

    “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Əhən kəndində keçirildi.

    2016-09-21

    İsmayıllının siyasi-ideoloji və sosial həyatında əvəzsiz rolu olan “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi ucqar dağ kəndi olan Əhəndə -son illərin uğurlu layihələrindən olan klubda keçirildi. Buraya qonşu Brovdal, Çandahar, Zarat, Qoydan, Varna, Həftəsov kəndlərindən də nümayəndələr dəvət olunmuşdu.

  • “Sülh aylığı” çərçivəsində keçirilə...

    “Sülh aylığı” çərçivəsində keçirilən növbəti maarifləndirmə tədbiri maraqla qarşılanıb.

    2016-09-20

    20 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

  • Gənclər və idman naziri İsmayıllıda vətənd...

    Gənclər və idman naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

    2016-09-16

    Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan 25-ə yaxın vətəndaş iştirak edib.

  • “Sülh aylığı” çərçivəsində növbəti ...

    “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.

    2016-09-16

    16 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

  • İsmayıllıda “Bilik günü” yüksək nətic...

    İsmayıllıda “Bilik günü” yüksək nəticələrdən yaranan sevinclə qeyd olundu.

    2016-09-15

    Təntənə ilə qeyd olunan “Bilik günü”ndə bu və digər uğurlar, dövlət təhsil siyasətinin verdiyi bəhrələr, qarşıda duran daha möhtəşəm vəzifələr barədə tam orta məktəbin direktoru Eyaz Mürsəlov, dövlət qulluğu və təhsil veteranı Valeh Salehov, tarix müəllimi İxtiyar Şabanov, hazırlıq sinfinin müəllimi Rübabə Qarayeva, riyaziyyat müəllimi Rafiq Orucov danışıblar. Gənc valideyin Teymur Piriyev müəllimlərə təşəkkür, şagirdləri təbrik edib.

  • İsmayıllı Peşə Tədris Mərkəzi “Bilik gü...

    İsmayıllı Peşə Tədris Mərkəzi “Bilik günü”nü valideyinlərin iştirakı ilə qeyd edib.

    2016-09-15

    İsmayıllı Peşə Tədris Mərkəzində 11 qrupda 220 yeni şagird təhsil alacaq. 60 nəfər də növbəti kursa keçənlərdir. Onlar xalçaçı, aşbaz, dərzi, qaz qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, traktorçu maşinist, əməliyyatçı-mühasib, barmen-bufetçi, yerli bələdçi və sair peşələri öyrənəcəklər.

  • Həmişə uğurları ilə sağlam mühit yaradan ...

    Həmişə uğurları ilə sağlam mühit yaradan İvanovkada “Bilik günü” bayram edilib.

    2016-09-15

    Təsərrüfat, mədəniyyət, təhsil uğurları ilə həmişə seçilən, sağlam mühit yaradılmasında fəal iştirakı olan İvanovka kəndi bu gün də həmin yolu inamla davam etdirir. Multikultural dəyərlərə yiyələnmiş, tolerant mühitdə formalaşmış İvanovka kəndində tam orta məktəbin də nailiyyətləri yüksələn xətt üzrə davam edir, fasiləsiz təhsildə uğurları artır.

  • İsmayıllı Məktəblərinə təyinat alan gənc ...

    İsmayıllı Məktəblərinə təyinat alan gənc müəllimlərin toplantısı

    2016-09-14

    Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində İsmayıllı rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə müəlimlərin Rayon təhsil şöbəsinin akt zalında toplantısı keçirilib. 14 sentyabr 2016-cı il tarixdə işə qəbul olunan gənc müəllimlərlə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında görüş keçirilib.

  • Müqəddəs Qurban bayramı  İsmayıllıda yüks...

    Müqəddəs Qurban bayramı İsmayıllıda yüksək səviyyədə qeyd edilir

    2016-09-12

    Bu gün Azərbaycanda, eyni zamanda İsmayıllıda müqəddəs Qurban bayramı dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Rayon möminləri tərəfindən dini ayinlər icra olunur, dövlətimizin firəvanlığı, tərəqqisi, vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün dualar edilir, bayram namazı qılınır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

  • Cüdo idman növü üzrə İsmayıllı açıq rayo...

    Cüdo idman növü üzrə İsmayıllı açıq rayon birinciliyinə start verilmişdir

    2016-09-12

    12 sentyabr 2016-cı il tarixdə Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Fedarasiyasının, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təsdiq etdiyi əsasnamayə uyğun olaraq XXXI Olimpiya oyunlarında qazanılan uğurlara həsr edilmiş yeniyetmə və gənc idmançılar arasında Cüdo idman növü üzrə İsmayıllı açıq rayon birinciliyinə start verilmişdir.

  • İsmayıllı bələdiyyələrinin futbol komandala...

    İsmayıllı bələdiyyələrinin futbol komandaları arasında keçirilən çempionat başa çatdı.

    2016-09-10

    Rayonun bələdiyyə futbol komandaları arasında rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə iyunun 16-dan başlanmış çempionat başa çatıb. Böyük tamaşaçı kütləsinin iştirakı, rayon icra hakimiyyətinin və rayon gənclər və idman idarəsinin, OİK-nin təşkilatıçılığı ilə keçirilən final yarışında Quşencə komandası 5-1 hesabı ilə Hacıhətəmli komandasına qalib gəldi və rayon çempionu adını qazandı.

  • İsmayıllıda ekoloji layihə həyata keçirilir.

    İsmayıllıda ekoloji layihə həyata keçirilir.

    2016-09-10

    10 sentyabr 2016-cı il tarixində İsmayıllı şəhərindəki Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Prezdineti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilati dəstəyi ilə “Yaşıl Teatr” layihəsinin açılış mərasimi keçirilmişdir.

  • İsmayıllı təhsilində uğurlar davamlıdır.

    İsmayıllı təhsilində uğurlar davamlıdır.

    2016-09-09

    İsmayıllı rayon təhsil sistemi ənənələri novatorluqla davam etdirərək, dövlət təhsil siyasətini inamla həyata keçirərək uğurlarını artırır. Tam orta məktəblərin 520 nəfərə yaxın məzunu ali məktəblərə qəbul olunmaq üçün ərizə verib. Onların 293 nəfəri tələbə adını qazanıb. Şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov 700 bal toplayıb. 28 nəfər 600-dən yuxarı, 46 nəfər isə 500-600 arası balla universitetlərə qəbul olunub.İsmayıllı məktəblərinin şagirdləri Respublika üzrə keçirilən bütün növ yarış və müsabiqələrdə, bilik və idman yarışlarında mükafata layiq yerlər tutublar.

  • Yeniyol və Təzəkənd kəndlərində  səyyar g...

    Yeniyol və Təzəkənd kəndlərində səyyar görüş-qəbul keçirilmişdir.

    2016-09-07

    6 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yeniyol və Təzəkənd kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir.

  • Növbəti maarifləndirmə tədbiri

    Növbəti maarifləndirmə tədbiri

    2016-09-06

    “Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 05.09.2016-cı il tarixdə Tarix Diyarşünaslıq Muzeyində 30 nəfər fəal gəncin iştirakı ilə seminar keçirib.

  • “Sülh aylığı” çərçivəsində növbəti ...

    “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.

    2016-09-06

    06 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı

    2016-08-31

    10 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfəri bölgəyə 10-20 illərin inkişafını gətirməklə yanaşı, həm də perspektiv layihələrin və onların icra yollarının müəyyənləşdirilməsi baxımından xarakterik olub.

əvvəlki [17] növbəti