Şriftin ölçüsü :

Saytın rəngi :

Diyallı kəndində paralipiyaçılarla görüş keçirilib

23 oktyabr 2017 | 16:00

23 oktyabr 2017-ci il tarixdə İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbində, kişilər arasında  pauerliftinq idman növü üzrə Azərbaycan çempionatında II-yeri tutmuş Diyallı kənd sakinləri  Şakir Ömərov və Aynur Fərzəliyevlə görüş keçirilib.
Tədbiri Diyallı kənd tam orta məktəbin direktoru Şəmsiyyə Əhmədova açıb idmançıları və iştirakşıları salamlayıb, Gənclər  və İdman İdarəsinin rəisi Taleh Salehov  ölkə Prezidenti cənab İlham Əliyevin idman sahəsinə diqqət və qayğısından danışıb.      . İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov,Cüdo federasiyasının regional nümayəndəsi Əkbər Şəfaqətov, Diyallı kənd İƏD üzrə nümayəndə Rəfail Məmmədov idmançıları təbrik etdib, gələcək yarışlarda uğurlar arzulayıblar. Tədbirin sonunda Cüdo Federasiyasının İsmayıllı regional bölməsi idmançılara hədiyyə, Gənclər və idman İdarəsi fəxri fərman və pul mükafatı təqdim edib.

Keçidlər