Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

26 oktyabr 2017 | 16:00

26 oktyabr 2017-ci il tarixdə Qalınçaq kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminarıın keçirb.
       Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, bələdiyyə üzvləri, kənd təsərrüfatı məhsulları istehsalcıları və Qalınçaq kənd orta məktəbinin kollektiv üzvlərindən ibarət 105 nəfər iştirak etdi.
       Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov çıxış edərək sığortanın cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi-rifah halının və sahibkarlıq riskinin zəmanətçisi kimi təsir göstərdiyini, gözlənilməz hadisələr zamanı əmlak mənafelərinin qorunmasında, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını və əhalinin sığortanın imkanlarından səmərəli istifadə etməsinin zəruriliyini bildirdi.
         Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov sığorta qanunvericiliyindən, bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən ətraflı danışdı və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verdi.
          İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırıldı.

 

Keçidlər