Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam ailə gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.

31 oktyabr 2017 | 16:00

Oktyabrın 30-da “Gənc İstedadların Maariflənmələrinə  və İnkişafına Dəstək” İctimai birliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə   “Sağlam ailə gələcəyin təminatıdır” mövzusunda tədbir keçirib.
    Tədbirdə İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin  müəllim və tələbələri, RİH-nin məsul işçiləri Gülnarə Mirzəliyeva, Bəhruz Xələfov, Göyçək Rəhimova “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyin sədri Elçin Manafov və  kollecin direktoru Kəmalə Süleymanova da iştirak ediblər.
       Qeyd olunmuşdur ki, gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Bu gün gənc nəslin xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlət ailə siyasətinin prioritet istiqamətlərindən biridir.
Tədbirdə ekspert qismində iştirak edən Müşfiq Nəcəfov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmışdır.

Keçidlər