Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib.

10 noyabr 2017 | 16:00

10 noyabr 2017-ci il taixdə “ Uşaq hüquqları aylığı” çərçivəsində rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları ilə “Hüquqlarımızı öyrənək ki qoruyaq”  “Uşaq hüquqlarının qorunması və müdafiəsi mövzusunda tədbir keçirilib. Tədbirdə RİH başçısı aparatının Hüquq şıbəsinin müdiri Pakizə Abbasova,  “Hüquq Dünyası” Hüquqi təbliğat İctimai Birliyinin rəhbəri Rafiq Alışov, UADM-nin əməkdaşları və körpələr evi uşaq bağçalarının işçiləri  iştirak edib.
Tədbiri giriş sözü ilə RİH başçısının Hüquq şöbəsinin müdiri P.Abbasova açaraq uşaq hüquqları və onun qorunmasından, ölkə rəhbərinin uşaqlara olan diqqət və qayğısından danışıb. İctimai Birliyin rəhbəri R.Alışov isə uşaqların müdaifəsi ilə bağlı ölkədə aparılan islahatlardan, maarifləndirici tədbirlərin mahiyyətindən söz açıb. Tədbir körpələr evi -uşaq bağçalarının hazırladıqları kompozisiya ilə davam edib.

Keçidlər