Şriftin ölçüsü :

Saytın rəngi :

“İrəli” İctimai Birliyi İsmayıllıda İntelektual mövzularda tədbir keçirib.

11 noyabr 2017 | 16:00

11 noyabr 2017-ci il tarixdə İsmayıllı “Gənclər Mərkəzində” “İrəli” İctimai Birliyi ilə Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Azərbaycanın İntelektual Birincisi” layihəsi çərçivəsində “Nə? Harda? Nə zaman?”, “Xəmsə”, “Vətəni Tanı” və “Axtar Tap” intelektual mövzularında RİH-nin, RGİİ-nin, QHT-nin nümayəndələrinin və İsmayıllı, Ağsu, Qobustan rayonlarını təmsil edən 60 nəfər gəncin iştirakı ilə yarış keçirilib.
        Gənclər Mərkəzində təşkil olunan yarış nə dövlət himninin səsləndirilməsi ilə acılıb.     
       Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı bildirib    ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həya keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür.
       Daha sonra çıxış edən İsmayıllı RGİİ-nin rəyisi Taleh Salehov gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanmasında bu tip lahiyələrin rolundan danışıb.
       Tədbirin ikinçi hissəsində mübarizəyə start verilib. İştirakçılar dörd intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni Tanı”) üzrə mübarizə aparıblar. “Xəmsə”, Nə? Harda? Nə zaman?” və “Axtar tap” mövzusunda İsmayıllı komandasi I yer və “Vətəni tani” mövzusunda isə Qobustan komandası I yerə layiq görülmüşdür. Qalib komandalara diplomlar təqdim olunub. Onlar ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər