Şriftin ölçüsü :

Saytın rəngi :

“Muğan Bank”ın İsmayıllı filialının yeni binası istifadəyə verilib.

13 noyabr 2017 | 16:00

“Muğan Bank”ın İsmayıllı filialının yeni binasının açılışı olub. Təntənəli tədbiri “Muğan Bank”ın müşahidə şurasının üzvü Şaiq Əkbərov açıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov yenilik münasibətilə bank işçilərini və rəhbərliyini təbrik edib, “Muğan Bank”ın filialının İsmayıllının maliyyə, kredit və investisiya mühitində tutduğu müsbət mövqedən danışıb.
İsmayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayev və filialın müştərisi Hikmət Haqverdiyev çıxış edərək “Muğan Bank”ın 25 illiyi və yeni binaya köçmələri münasibətilə əməkdaşları təbrik ediblər.

Keçidlər