Şriftin ölçüsü :

Saytın rəngi :

Qalagah kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar müşavirə keçirilib.

16 noyabr 2017 | 16:00

16 noyabr 2017-ci il tarixdə Qalagah kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminarın keçirilib.
       Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, bələdiyyə üzvləri, kənd təsərrüfatı məhsulları istehsalcıları və Qalagah kənd orta məktəbi kollektivinin üzvlərindən ibarət 65 nəfər iştirak edib.
       Tədbiri giriş sözü ilə Qalagah bələdiyyəsinin sədri Valeh Məmmədov acaraq belə mühüm tədbirin keçirilməsinə və əhalinin sığortaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işlərinə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, əhalinin sığortaya cəlb olunması ilə əlaqədar ciddi nöqsalar vardır və bununla əlaqədar görüləsi işlərimiz  coxdur.
       Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov çıxış edərək sığortanın cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi-rifah halının və sahibkarlıq riskinin zəmanətçisi kimi təsir göstərdiyini, gözlənilməz hadisələr zamanı əmlak mənafelərinin qorunmasında, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını və əhalinin sığortanın imkanlarından səmərəli istifadə etməsinin zəruriliyini bildirib.
         Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov sığorta qanunvericiliyindən, bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən ətraflı danışdı və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verib.
          İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.

Keçidlər