Şriftin ölçüsü :

Saytın rəngi :

Soltan Mehdiyev küçəsində yeni körpü açıldı

14 dekabr 2017 | 16:00

Bir müddət bundan əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 5 saylı məktəbdə ərazidəki sakinlərlə görüş-qəbul keçirərkən Soltan Mehdiyev küçəsində yaşayanların nümayəndəsi xahiş etmişdi ki, buradan keçən kanalın üzərindən körpü salınsın. Əsaslı körpü olmadığından uşaqların məktəbə gəlişi, nəqliyyatın hərəkəti çox çətin idi. RİH başçısının tapşırığına əsasən İsmayıllı bələdiyyəsinin, digər sahələrin imkanları araşdırıldı. Layihə hazırlandı, vəsait toplandı, texniki imkanlar bu işə yönəldildi. Könüllülük burada da əhəmiyyətli rol oynadı.
Nəhayət, 14 dekabr 2017-ci il tarixdə Soltan Mehdiyev küçəsində kanal üstündən salınmış körpünün açılışı oldu. İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, RİH başçısının birinci müavini Rövşən Ağayev, küçənin sakini Ramiz Baloğlanov, 5 nömrəli məktəbin direktoru Elçin Məmmədov çıxış etdilər, körpünün tikintisində iştirakı olan hər kəsə təşəkkürlərini bildirdilər.

Keçidlər