Şriftin ölçüsü :

Saytın rəngi :

Kollec bayram tədbiri keçirib.

26 dekabr 2017 | 16:00

26 dekabr 2017 – ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci "Qala" şadlıq sarayında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirib. Bayram tədbirində RİH başçısı, RİH başçısının müavinləri, rayon ziyalıları, Kollecin tələbə və müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin  direktoru Kəmalə Süleymanlı açıb, il boyu qazanılan uğurlardan danışıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə qonaqları və tədbir iştirakçılarını təbrik edib.
RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək tələbə və müəllim kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. Turizm və onun təşkili ixtisası ilə kolleci bitirən Alahverdiyeva Röyaləyə fərqlənmə diplomunu təqdim edib.
Fərqlənən müəllimlərə və tələbələrə bayram hədiyyələri təqdim olunub.
Tədbir tələbələrin hazırladığı müsiqili -əyləncəli proqramla davam etdirilib.

Keçidlər