Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Peşə Tədris Mərkəzində bayram şənliyi

28 dekabr 2017 | 16:00

İsmayıllı Peşə Tədris Mərkəzi region üçün vacib olan peşələrin öyrədilməsində, təhsilin fasiləsizliyinin təmin olunmasında, rayonda ziyalılıq mühitinin yaradılmasında uğurlu nəticələri ilə diqqəti cəlb edir.
Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni ilin gəlişinə həsr olunmuş bayram şənliyində bu bir daha özünü göstərib.
Bayramsayağı bəzədilmiş, tərtib olunmuş masalar arxasında əyləşən müəllimlər, ustalar, şagirdlər bu günümüzə sevinərək, uğurlardan qürur duyaraq bir birini təbrik ediblər.
Tədbiri giriş nitqi ilə açan mərkəzin direktoru Zaur Muradov müvəffəqiyyətlərdən, peşə öyrənilməsində, idmanda, elektron və innovativ təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb, iştirakçıları bayramlar münasibətilə təbrik edib.
İsmayıllı RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova RİH-nin rəhbərliyi və YAP rayon təşkilatı aparatı adından iştirakçılara təbrik ünvanlayıb, ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının təşkilatlanmasında, azərbaycançılıq ideologiyasının yaradılmasında və diasporların formalaşmasındakı misilsiz xidmətlərindən danışıb, fərqlənən müəllim və ustalara Fəxri fərmanları təqdim edib.
Təhsil veteranı Valeh Salehov, Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Çingiz Aslanov iştirakçıları səmimiyyətlə təbrik ediblər. Mərkəzin bədii özfəaliyyət kollektivi şən musiqi və rəqs nömrələri ilə məclisə xoş ovqat gətiriblər. Gənclik ruhu ilə davam edən şənlikdə hamı fəal iştirakçı olub.

Keçidlər