Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

28 dekabr 2017 | 16:00

28 dekabr 2017-ci il tarixdə Diyallı kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminar  keçirilib.
       Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, bələdiyyə üzvləri, kənd təsərrüfatı məhsulları istehsalçıları və Diyallı kənd orta məktəbi kollektivinin üzvlərindən ibarət 35 nəfər iştirak edib.
       Rayon İcra Hakimiyyətinin məsul işçisi Çingiz Əliyev çıxış edərək sığortanın cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi-rifah halının və sahibkarlıq riskinin zəmanətçisi kimi təsir göstərdiyini, gözlənilməz hadisələr zamanı əmlak mənafelərinin qorunmasında, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını və əhalinin sığortanın imkanlarından səmərəli istifadə etməsinin zəruriliyini bildirdi.
         Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov sığorta qanunvericiliyindən, bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən ətraflı danışıb və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verib.
          İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.

Keçidlər