Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə rayon birinciliyi keçirilib

15 yanvar 2018 | 16:00

14 yanvar 2018-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsi 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate idman növü üzrə rayon birinciliyi keçirilib.
Tədbiri məşqçi müəllim Qəhrəmanov Bayram açıq elan edərək sözü Gənclər və İdman idarəsinin rəisi Taleh Salehova verib. Taleh Salehov iştirakçılara  20 yanvar şəhidləri haqqında geniş məlumat verərək idmançılara uğurlar arzuladı.
Sonra Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov da    20 yanvar faciəsi və onun nəticələri barədə çıxış edib, turnirin təşmilatçılarına təşəkkürünü bildirib.
Qalib gələn I,II və III yeri tutmuş idmançılar hər çəki dərəcəsində rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olunublar.

Keçidlər