Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Ümumxalq Hüzn Gününün 28-ci il dönümünə həsr olunmuş şeir müsabiqəsi

18 yanvar 2018 | 16:00

18 yanvar 2018-ci il tarixdə  İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rayon Təhsil Şöbəsi ilə birgə rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 Yanvar Ümumxalq Hüzn Günü”nün 28- ci  ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
        Tədbir faciə qurbanlarının xatirəsini  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
         Tədbiri rayon təhsil şöbəsinin metodisti Rəna Mirzəliyeva açaraq 20 Yanvar haqqında şagirdlərə ətraflı məlumat verdi. Ardınca rayon Gənclər və İdman idarəsinin əməkdaşları Xəyyam Məmmədov, Çinarə Bədəlova və rayon Təhsil Şöhbəsinin metodisti Ülviyyə Zeynalova tədbir iştirakçıarına uğurlar arzuladılar, müsabiqənin qaydaları və şərtlərini şagirdlərə izah etdilər.
         Şəhər 1 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli, 6 nömrəli,7 nömrəli, Topçu, Vəng, İvanovka, Keyvəndi,Qalınçaq, İstisu, Ağbulaq, Quşencə, Kürdmaşı, Talış, Aşıqbayramlı kənd tam orta məktəblərindən ümumilikdə 39 nəfər iştirak etdiyi müsabiqədə muxtəlif şairlərə məxsus şeirlər səsləndirildi.
         Münsiflərin yekun qərarını Xalıq Xalıqov səsləndirdi. Qərara əsasən I yerə 3 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Həlimova Zərifə Əvəz qızı, II yerə İvanovka kənd tam orta məktəbinin X sinif şagirdi  Kazakova Tatyana Sergeyevna, 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cənnətəliyev Elman Adil oğlu, III yerə 7 nömrəli məktəbin VIII sinif şagirdi Məmmədova Mələk Eldəniz qızı, Qalıncağ kənd tam orta məktəbinin IX sinif şagirdi Qasımova Aytac Elman qızı, 6 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Xalıqov Rəvan Daşqın oğlu layiq görüldülər.
       Hər üç yerin qalibləri  İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildi.

Keçidlər