Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində tədbir keçirilib.

14 fevral 2018 | 16:00

Bu il Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu münasibətilə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
  Regional Mədəniyyət və Turizm İdarəsi “Cümhuriyyət İli” çərçivəsində həyata keçirəcəyi tədbirləri hazırlamış, müzakirə etmiş və icraya yönəltmişdir.
  İlk tədbir Mərkəzi Kitabxana sisteminin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzinin konfrans zalında keçirilib. MKS-nin direktoru Könül Baxışlı dəyirmi  masa arxasında söhbəti açıb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar məruzə edib. Cümhuriyyət və ona həsr olunmuş tədbirlərin məcmusu olan videorolik nümayiş etdirilib.
       İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Azər Abbasov, MKS-nin əməkdaşı Turanə Əzizova, Mədəniyyət mərkəzinin direktor müavini Araz Şəmdinli, veteran jurnalist Valeh Salehov çıxış ediblər.
    Mədəniyyət işçiləri bu gün fəaliyyətlərində uğur qazanmaq üçün keçmişi daha yaxşı öyrənməyə başlayıblar.

Keçidlər