Şriftin ölçüsü :

Saytın rəngi :

Universal Döyüş üzrə açıq rayon birinciliyi ümummilli liderin 95 illiyinə həsr olunub

23 aprel 2018 | 16:00

İsmayıllı rayon Gənclər və İdman idarəsi və Universal Döyüş növü üzrə İsmayıllı rayon nümayəndəliyinin təşkilatçılığı ilə 21.04.2018-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Universal Döyüş növü üzrə açıq rayon birinciliyi keçirilib.
Birincilikdə İsmayıllıdan, Bakı Karate-Do Akademiyasından, Şəkidən və Qəbələdən ümumilikdə 100 nəfər idmançı iştirak edib. Şəxsi birincilik yarışlarında müxtəlif çəki dərəcələrində I, II və III yerin qalibləri gənclər və idman idarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər