Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçiləri arasında şahmat yarışı keçirilib

30 aprel 2018 | 16:00

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı İsmayıllı Rayon Komitəsi tərəfindən rayonun müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.
Keçirilən yarışda 1-ci yeri şəhər 1 saylı  tam orta məktəbin müəllimi Cahangir Niftalıyev, 2-ci yeri şəhər 5 saylı tam orta məktəbin müəllimi Arif Mirzəyev  və 3-cü yeri isə təhsil veteranı Məmmədmirzə Rzayev tutub. Yarışın sonunda qaliblərə diplom və mükafatlar verilib.

Keçidlər