Şriftin ölçüsü :

Saytın rəngi :

Qalacıq, İvanovka kəndlərində və Basqal, Lahıc qəsəbələrində Ümummilli liderin 95 illiyi qeyd olunub.

07 may 2018 | 16:00

Bu il Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi tamam olur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Ümummilli liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.
İsmayıllı rayonun  Qalacıq, İvanovka kəndlərində və Basqal, Lahıc qəsəbələrində Ümummilli liderin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. İcra nümayəndəliyinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq nümayəndəlikdə, təhsil və mədəniyyət müəssisələrində kitab sərgisi təşkil olunub, dəyirmi masa keçirilib. Heydər Əliyevə həsr olunmuş şeirlərin ən yaxşı ifaçıları müəyyən edilib.

Keçidlər