Şriftin ölçüsü :

Saytın rəngi :

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir (şəhər 1 saylı tam orta məktəbdə)

14 may 2018 | 16:00

12 may 2018-ci il tarixində İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin Tarix metodbirləşmə rəhbəri Təranə Məmmədovanın rəhbərliyi ilə hazırlanmış Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət qulluğu veteranı Valeh Salehov, İsmayıllı rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi Ramiz Baloğlanov, məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak edib.Tədbir zamanı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib,mahnı və şerlərdən ibarət kompozisiyalar səsləndirilib. Sonda gələn qonaqlar və məktəbin direktoru Gündüz Qədirov çıxış edərək şagirdlərə öz təşəkkürlərini bildiriblər.  Kompozisiyalarda Cümhuriyyət tarixinin bütün anları, Cümhuriyyətə münasibət şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib.
Təranə Məmmədovanın təqdim etdiyi məruzə müstəqilliyimizin yaranması və bərpa dövrlərini əks etdirib. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanın sürətli və hərtərəfli inkişafından məruzədə ətraflı bəhs edilib.

Keçidlər