Şriftin ölçüsü :

Saytın rəngi :

Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi

22 may 2018 | 16:00

21 may 2018-ci il tarixində Basqal qəsəbə İƏD üzrə nümayəndəlik və məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH-nin məsul işçisi Nəsimi Teymurov, İsmayıllı rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi Ramiz Baloğlanov, metodist İlham Vahabov, məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və qəsəbə sakinkləri iştirak edib. Basqal İƏD üzrə nümayəndə Novruz Əsədovun təqdim etdiyi məruzə müstəqilliyimizin yaranması və bərpa dövrlərini, hazırda Azərbaycanın sürətli və hərtərəfli inkişafını əks etdirib.

Tədbir zamanı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib,mahnı və şerlərdən ibarət kompozisiya nümayiş etdirilib. Kompozisiyada Cümhuriyyət tarixinin əsas anları, şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib. Sonda qonaqlar və məktəbin direktoru çıxış edərək şagirdlərə öz təşəkkürlərini bildiriblər.

Keçidlər