Şriftin ölçüsü :

Saytın rəngi :

Ənvər Məmmədxanlının səhnələşdirilmiş “Babək” əsəri Cümhuriyyətin 100-illiyinə həsr olunub.

23 may 2018 | 16:00

23 may 2018-ci il tarixidə şəhər 3 saylı məktəb - liseyində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH-nin məsul işçiləri Gülər Baxışova və Gülnarə Mirzəliyeva, Ağdam şəhər 30 saylı məktəbin müəllimləri, liseyin müəllim və şagirdləri iştirak edib. Cümhuriyyətin 100 –cü ildönümü ilə əlaqədar məktəbin tarix müəllimi Famil Əhmədovun rəhbərliyi ilə səhnələşdirilmiş Ənvər Məmmədxanlının “Babək” əsəri nümayiş etdirilib. Şagirdlər obrazları özünə məxsus şəkildə ifa ediblər. Sonda məktəbin direktoru və gələn qonaqlar çıxış edərək şagirdlərə ifalarına görə təşəkkürlərini bildiriblər.

Keçidlər