Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci tədbir keçirib.

25 may 2018 | 16:00

25 may 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin təşkil etdiyi tədbir rayon Mədəniyyət Mərkəzində keçirilib.  Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova , dövlət qulluğu veteran Valeh Salehov, Kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
İlk olaraq tədbirdə Dövlət Himni səslənib. Daha sonra Dövlət Humanitar kollecin direktoru Kəmalə Süleymanlı çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız öz milli azadlığının, müstəqilliyinin təməlini qoyub, qısa müddətdə həyata keçirdiyi tədbirlərlə milli dövlətçilik ənənələrimizin bərpasına nail olub. Dövlət qulluğu veteranı Valeh Salehov  tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib  ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir, kitablar nəşr olunur.
Tələbələrin  ifasında səsləndirilən mahnılar, söylənilən şeirlər, nümayiş etdirilən kompozisiya və slaydlar tədbiri daha canlı və maraqlı edib.
        Sonda çıxış edən RİH başçısının müavini Sevil Əhmədova Cümhuriyyət tarixinə ən yüksək dəyərin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. Bildirib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Respublikamız məhz Heydər Əliyevin səyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.

Keçidlər