Şriftin ölçüsü :

Saytın rəngi :

1 saylı məktəbdə birincilər bayram tədbiri keçiriblər

31 may 2018 | 16:00

İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 1c sinfinin müəllimi Aytən Sədirovanın və musiqi müəllimi Surə Mehdiyevanın təşkilatçılığı ilə 1 İyun Uşaqların Müdafiə gününə və dərs ilinin yekunlaşmasına həsr olunmuş bayram tədbiri keçirilib.

Birincilər Vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə, müəllimə, məktəbə, təhsilə aid şeirlər səsləndirib, mahnılar oxuyub, səhnəciklər göstəriblər.

Valideynlərin də fəal iştirak etdikləri və maraqla izlədikləri tədbir göstərdi ki, təşkilatçılar böyük əmək sərf edərək, yüksək səviyyəli bir bayram şənliyi ərsəyə gətiriblər. Kimisə fərqləndirmədən qeyd etmək yerinə düşər ki, belə tədbirlər şagirdləri elə başlanğıcdan ictimai fəallığa, vətəni sevməyə, təhsilin məsuliyyətini dərk etməyə yönəldir.

Keçidlər