Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda “ Son zəng” tədbiri

14 iyun 2018 | 16:00

İsmayıllı rayonunda 46 tam orta məktəb fəaliyyət göstərir. 14 iyun 2018-ci il tarixdə keçirilən son zəng tədbirlərində qazanılan yüksək nəticələrdən ətraflı bəhs edilib. Qeyd olunub ki, dövlətin yaratdığı nümunəvi təhsil şəraitində İsmayıllı şagirdləri nailiyyətləri ilbəil artırırlar.
Tam orta məktəblərin 750 nəfər məzunundan 510  nəfəri universitetlərə qəbul üçün sənəd verib. 30 nəfərədək  abituriyent yüksək bal toplayıb. 2018-ci ildə şəhər 6 saylı tam orta məktəbin məzunu Vasif Əsədov  qəbul imtahanlarında 700 bal toplayıb. Test imtahanlarının ilkin mərhələsini İsmayıllı təhsil sistemi üçün uğurlu hesab etmək olar.
         Rayonun məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları son zəng tədbirlərində iştirak edib, qazanılan uğurlardan, Qurtuluş gününün mahiyyətindən, təhsilin inkişafı üçün bölgədə həyata keçirilən tədbirlərdən, şagirdlərin intellektual, bilik və idman yarışlarında, olimpiadalarda qazanılan nailiyyətlərindən danışıblar.Ölkənin və rayonun inkişafında qazanılan nailiyyətlər çıxışların əsas məzmunu olub. İl ərzində şagirdlərin qazandıqları uğurlar Rayon Təhsil Şöbəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

 

Keçidlər