Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi yekunlaşıb

09 iyul 2018 | 16:00

03 may  2018–ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi      perespektiv iş planına uyğun olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə start vermişdi.
       Yarış Beynəlxalq futbol qaydalarına uyğun olaraq dairəvi sistemdə keçirilmişdir. Yarışa 11 bələdiyyə komandası qoşulmuş və 3 futbol meydançasında  (İsmayıllı şəhər Aşağıbaş, Hacıhətəmli və Mollaisaqlı kəndlərində) keçirilmişdir. Yarışın final mərhələsi isə 06 iyul  2018-ci il tarixdə İsmayıllı şəhər stadionunda  keçirilmişdir. Yarışın bağlanışında Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov  çıxış edərək Ulu Öndərin yürütdüyü uğurlu siyasətdən bəhs edərək, gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan, verdiyi dəyərdən danışıb. Bu siyasətin indi də Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Yarışlarda iştirak edənlərə  yaxından dəstək olanlara və hakimlərə öz minnətdarlığını bildirib  və idmançılara uğurlar arzuladı. Tədbirdə RİH-nin başçısının I müavini Rövşən Ağayev, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və digər idarə-müəsisələrin rəhbərləri iştirak ediblər.
Yarışda I yerə Hacıhətəmli, II yerə Babadağ və III yerə Xanagah komandaları layiq görülüb. Sonda qalib komandalar və hakimlər Rayon Gənclər və İdman İdarəsinin diplom, kubok, kitab, qol saatı və pul mükafatı ilə təltif olunublar.

Keçidlər