Şriftin ölçüsü :

Saytın rəngi :

“Sahibkar olmaq istəyirəm” mövzusunda təlim keçirilmişdir.

10 iyul 2018 | 16:00

“Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sahibkar olmaq istəyirəm ” mövzusunda 9 iyul 2018-ci il tarixdə Qala şadlıq sarayında təlim keçirmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev, ekspert Rəşad Nəbiyev və rayonun fəal gəncləri iştirak ediblər. Tədbiri açan Rayon İcra Hakimiyyətinin nümayəndəsi qonaqları salamlayaraq bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat vermişdir. Daha sonra İctimai Birliyin sədri iştirakçıları təşkilatın yaranma tarixi, gördüyü işlər və layihə haqqında məlumatlandırıb. Bildirib ki, layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.

Layihəyə cəlb olunmuş ekspert isə gənclərə sahibkarlığa başlamağın yolları, müraciət qaydaları və digər məsələlər barədə geniş çıxış edib . Müzakirə formasında davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Tədbirin sonunda daha çox gəncin maariflənməsi üçün bukletlər paylanılmışdır.

 

Keçidlər