Şriftin ölçüsü :

Saytın rəngi :

Qol güləşi üzrə açıq rayon birinciliyi keçirilib

26 iyul 2018 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli  861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.
Bu gün İsmayıllı şəhərindəki Heydər Əliyev adına parkda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 24 illiyi münasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsinin və Qol Güləşi Federasiyasının İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə qol güləşi idman növü üzrə açıq  rayon birinciliyi keçirilib.
Birincilikdə İsmayıllı idmançıları ilə yanaşı Sumqayıt, Şamaxı və Zərdab idmançıları da iştirak ediblər.
70 nəfərə yaxin idmançının iştirak etdiyi yarışda müxtəlif çəki dərəcələrində yer tutan idmançılar İsmayıllı rayon gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olunublar.

Keçidlər