Şriftin ölçüsü :

Saytın rəngi :

“Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” layihəsi əsasında dağ yamaclarında meşə və meyvə ağacları əkilir.

30 iyul 2018 | 16:00

İsmayıllı rayonunun Əhən, Talıstan və Lahıc bələdiyyələri, eləcə də İsmayıllı rayon Humanitar və Texnologiyalar Kolleci  ərazisində GİZ-in “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” Proqramının polot layihəsi çərçivəsində torpaq eroziyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
         Həmin ərazilərdə sürüşməyə meyilli yamacların, kənd yollarının mühafizəsi və yarğan eroziyasının qarşısının alınması məqsədilə müxtəlif ağac növlərindən ibarət yaşıllıqlar salınmış, yerli iqlimə uyğunlaşan və yamac bərkidici xüsusiyyətləri olan meşə və meyvə ağacları əkilmişdir. Meyvə ağacları  əsasən qərzəkli meyvə bitkiləri olan qoz və fındıq bitkilərindən ibarətdir. Fəaliyyətlərin həyata keçirilməsində kənd əhalisinin könüllüləri fəal iştirak edib. Əhən icra nümayəndiliyi, eləcə də Lahıc, Əhən və Talıstan bələdiyyələri də layihənin həyata keçirilməsinə xüsusi köməklik göstərib.
Əkilmiş ağacların suvarılmasını təmin etmək təbii su mənbələrindən istifadə edilməklə cari ilin iyul ayında Proqram tərəfindən damcılı suvarma sistemi quraşdırılmışdır. Yeni əkilmiş ağacların suya tələbatını və yerli iqlim şəraitini nəzərə almaqla hər bir əkilmiş sahə üçün lazım olan su  həcmi hesablanmışdır. İsmayıllı rayonunun digər dağ kəndlərində də bu kimi tədbirlərin icrası nəzərdə tutulub.

Keçidlər