Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon qonaqlar İsmayıllıda

16 avqust 2018 | 16:00

İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Kazuko Işida  və 2 -  şagird Sakurako Ota, Ai Totsuka İsmayıllıya gəliblər. Onlarla yanaşı İnternational Homestay klubunun üzvləri olan, o cümlədən İsmayıllı rayonundan gedən nümayəndə heyətinin qaldıqları evin sahibləri Moriyasu Kato və Asako Kato rayona səfər ediblər. Səfərin məqsədi rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət ənənəsi ilə tanışlıq xarakteri daşıyır.
Yapon qonaqlar Rayon İcra Hakimiyyətində qarşılanıb. Görüşdə RİH başçısının müavinləri, o cümlədən RTŞ-nin müdir müavini, Yaponiyaya getmiş nümayəndə heyəti və şagirdlər iştirak ediblər. RİH başçısının birinci müavini Rövşən Ağayev qonaqları salamlayıb və rayon haqqında məlumat verərək bildirib ki, İsmayıllı rayonu İto şəhəri ilə əməkdaşlığa uyğun olaraq geniş əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində geniş davam etdirilir.
RİH başçısının birinci müavini Rövşən Ağayev qonaqlara hədiyyələr təqdim edib.
Öz növbəsində, Yaponiyadan gəlmiş nümayəndə Kazuko Işida və Moriyasu Kato  göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlıq ediblər. İsmayıllıda olduqlarından məmnun qaldıqlarını bildiriblər.
Yaponiyadan gələn nümayəndə heyətinin üzvləri proqramda nəzərdə tutulmuş bir neçə ailədə qonaq qalacaq, avqustun 12-dən başlayaraq həmin ayın 24-dək rayonla tanış olmaq imkanı əldə edəcəklər. Onların bu səfəri İsmayıllının beynəlxalq əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfə verəcəkdir.

 

Keçidlər