İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
Bu gün İsmayıllıda 1 hektar ərazidə 1600-dən çox müxtəlif cinsli ağac tingi əkilib, palıd toxumu səpilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Dövlət İmtahan Mərkəzinin işə qəbul imtahanlarından uğur qazanmış gənclərlə növbəti görüş keçirib.
Martın 15-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında ilin ilk Şura iclası keçirilib. Tədbirdə bir sıra vacib məsələ müzakirə olunub.
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.
Məlumat verdiyimiz kimi əhalinin, yerli və xarici turistlərin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir.
Martın 3-də İsmayıllı rayonundan olan, Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ramil Musayevin oğlu dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə övladına verilib.
Bu gün İsmayıllıda daha bir sahibkarlıq obyekti – “Brend House” geyim mağazasının rəsmi açılışı olub.
Prezident İlham Əliyevin fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və “Əsgərə xatirə kitabı” layihəsinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların, qazilərin ailə üzvlərinin ziyarət olunması davam edir. İlk öncə İsmayıllı rayonunda Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub, sonra şəhid və qazi ailələri evlərində ziyarət olunub.
Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edən bir qrup müharibə iştirakçısı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.
Bundan əlavə qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də qeyd olunan tədbirlər həyata keçirilir.
8 Mart Beynəlxalq Qadınlar günü İsmayıllıda da qeyd olunub. Bayram münasibətilə şəhərdə “Qadınlarımızın zəhmətini dəyərləndirək” təbrik aksiyası keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlar, gənclər, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən I Qarabağ, atəşkəs dövründə və Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ailələri evlərində ziyarət olunub.
Əziz analar və bacılar! Sizi – 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında 06 mart 2021-ci il tarixli Sərəncamına əsasən Abdullayeva Sahibə Abbas qızı Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
İsmayıllıda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idmançı və məşqçi müəllimləri ilə görüş keçirilib.
Rayon rəhbəri yeni tikilən məktəb binasına baxış keçirib. Həmin məktəbdə yaradılmış müasir şəraitlə yaxından tanış olub.
İsmayıllı Rayon İcra Hakimiyyətində “Sabahın alimləri” X Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğunun inzibati vəzifələrinin 3-7-ci təsnifatları üzrə müvafiq sertifikatlar almış, hazırda işsiz olan bir qrup gənclə pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Süleymanov Əlişir Muxibbi oğlu RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edən bir qrup müharibə iştirakçısı ilə görüş keçirib.
Gün ərzində “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli şəkildə mövcud karantin qaydalarının tələbinə uyğun olaraq həyata keçirilmişdir. Kəndlərdə şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Ölkənin hər yerində olduğu kimi İsmayıllı rayonunda da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər həyata keçirilir.