Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllı Peşə Tədris Mərkəzi “Bilik gü...

    İsmayıllı Peşə Tədris Mərkəzi “Bilik günü”nü valideyinlərin iştirakı ilə qeyd edib.

    2016-09-15

    İsmayıllı Peşə Tədris Mərkəzində 11 qrupda 220 yeni şagird təhsil alacaq. 60 nəfər də növbəti kursa keçənlərdir. Onlar xalçaçı, aşbaz, dərzi, qaz qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, traktorçu maşinist, əməliyyatçı-mühasib, barmen-bufetçi, yerli bələdçi və sair peşələri öyrənəcəklər.

  • Həmişə uğurları ilə sağlam mühit yaradan ...

    Həmişə uğurları ilə sağlam mühit yaradan İvanovkada “Bilik günü” bayram edilib.

    2016-09-15

    Təsərrüfat, mədəniyyət, təhsil uğurları ilə həmişə seçilən, sağlam mühit yaradılmasında fəal iştirakı olan İvanovka kəndi bu gün də həmin yolu inamla davam etdirir. Multikultural dəyərlərə yiyələnmiş, tolerant mühitdə formalaşmış İvanovka kəndində tam orta məktəbin də nailiyyətləri yüksələn xətt üzrə davam edir, fasiləsiz təhsildə uğurları artır.

  • İsmayıllı Məktəblərinə təyinat alan gənc ...

    İsmayıllı Məktəblərinə təyinat alan gənc müəllimlərin toplantısı

    2016-09-14

    Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində İsmayıllı rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə müəlimlərin Rayon təhsil şöbəsinin akt zalında toplantısı keçirilib. 14 sentyabr 2016-cı il tarixdə işə qəbul olunan gənc müəllimlərlə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında görüş keçirilib.

  • Müqəddəs Qurban bayramı  İsmayıllıda yüks...

    Müqəddəs Qurban bayramı İsmayıllıda yüksək səviyyədə qeyd edilir

    2016-09-12

    Bu gün Azərbaycanda, eyni zamanda İsmayıllıda müqəddəs Qurban bayramı dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Rayon möminləri tərəfindən dini ayinlər icra olunur, dövlətimizin firəvanlığı, tərəqqisi, vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün dualar edilir, bayram namazı qılınır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

  • Cüdo idman növü üzrə İsmayıllı açıq rayo...

    Cüdo idman növü üzrə İsmayıllı açıq rayon birinciliyinə start verilmişdir

    2016-09-12

    12 sentyabr 2016-cı il tarixdə Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Fedarasiyasının, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təsdiq etdiyi əsasnamayə uyğun olaraq XXXI Olimpiya oyunlarında qazanılan uğurlara həsr edilmiş yeniyetmə və gənc idmançılar arasında Cüdo idman növü üzrə İsmayıllı açıq rayon birinciliyinə start verilmişdir.

  • İsmayıllı bələdiyyələrinin futbol komandala...

    İsmayıllı bələdiyyələrinin futbol komandaları arasında keçirilən çempionat başa çatdı.

    2016-09-10

    Rayonun bələdiyyə futbol komandaları arasında rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə iyunun 16-dan başlanmış çempionat başa çatıb. Böyük tamaşaçı kütləsinin iştirakı, rayon icra hakimiyyətinin və rayon gənclər və idman idarəsinin, OİK-nin təşkilatıçılığı ilə keçirilən final yarışında Quşencə komandası 5-1 hesabı ilə Hacıhətəmli komandasına qalib gəldi və rayon çempionu adını qazandı.

  • İsmayıllıda ekoloji layihə həyata keçirilir.

    İsmayıllıda ekoloji layihə həyata keçirilir.

    2016-09-10

    10 sentyabr 2016-cı il tarixində İsmayıllı şəhərindəki Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Prezdineti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilati dəstəyi ilə “Yaşıl Teatr” layihəsinin açılış mərasimi keçirilmişdir.

  • İsmayıllı təhsilində uğurlar davamlıdır.

    İsmayıllı təhsilində uğurlar davamlıdır.

    2016-09-09

    İsmayıllı rayon təhsil sistemi ənənələri novatorluqla davam etdirərək, dövlət təhsil siyasətini inamla həyata keçirərək uğurlarını artırır. Tam orta məktəblərin 520 nəfərə yaxın məzunu ali məktəblərə qəbul olunmaq üçün ərizə verib. Onların 293 nəfəri tələbə adını qazanıb. Şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov 700 bal toplayıb. 28 nəfər 600-dən yuxarı, 46 nəfər isə 500-600 arası balla universitetlərə qəbul olunub.İsmayıllı məktəblərinin şagirdləri Respublika üzrə keçirilən bütün növ yarış və müsabiqələrdə, bilik və idman yarışlarında mükafata layiq yerlər tutublar.

  • Yeniyol və Təzəkənd kəndlərində  səyyar g...

    Yeniyol və Təzəkənd kəndlərində səyyar görüş-qəbul keçirilmişdir.

    2016-09-07

    6 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yeniyol və Təzəkənd kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir.

  • Növbəti maarifləndirmə tədbiri

    Növbəti maarifləndirmə tədbiri

    2016-09-06

    “Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 05.09.2016-cı il tarixdə Tarix Diyarşünaslıq Muzeyində 30 nəfər fəal gəncin iştirakı ilə seminar keçirib.

  • “Sülh aylığı” çərçivəsində növbəti ...

    “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.

    2016-09-06

    06 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı

    2016-08-31

    10 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfəri bölgəyə 10-20 illərin inkişafını gətirməklə yanaşı, həm də perspektiv layihələrin və onların icra yollarının müəyyənləşdirilməsi baxımından xarakterik olub.

  • İsmayıllıda təhsil bayramı

    İsmayıllıda təhsil bayramı

    2016-08-31

    31.08.2016-cı il tarixdə İsmayıllıda rayonunda ötən dərs ilinin uğurlu yekunlarına həsr edilən təhsil bayramı keçirilib. Rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində ali məktəblərə daxil olan abituriyentlər, onların müəllimləri, rayon ziyalıları, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.

  • Məktəblilərin şəhərin təmizliyində rolu

    Məktəblilərin şəhərin təmizliyində rolu

    2016-08-30

    30 avqust 2016-cı il tarixdə İsmayıllı Rayon Tarix-Diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası və “Energetika və Ekologiya” maarifçilik ictimai birliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbir “Məktəblərin və Uşaq Yaradıcılıq Dərnəklərinin şəhərin təmizliyində rolu” layihəsinə əsasən təşkil olunub.

  • Mürəbbə festivalı Beynəlxalq miqyas alır

    Mürəbbə festivalı Beynəlxalq miqyas alır

    2016-08-29

    İsmayıllı kulinarları "Böyürtkan" mürəbbəsi nominasiyası üzrə şəhər və rayonlar üzrə I yerə, "Qoz" mürəbbəsi nominasiyası isə şəhər və rayonlar üzrə II yerə layiq görülərək qızıl , gümüş medallarla və diplomla mükafatlandırılıb.

  • “Nümayəndə günü” iclası keçirilmişdir.

    “Nümayəndə günü” iclası keçirilmişdir.

    2016-08-27

    26 avqust 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “Nümayəndə günü” iclası keçirilmişdir.

  • “Yeni media və multikulturalizm”

    “Yeni media və multikulturalizm”

    2016-08-26

    26 avqust 2016-cı il tarixdə Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında müxtəlif sahələri təmsil edən gənclərə və gənc mütəxəssislərə "Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak" mövzusunda təlim keçirilib.

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövl...

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qəbul keçirib.

    2016-08-25

    25 avqust 2016-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qəbul keçirmişdir. Qobustan, Ağsu, Şamaxı, Qəbələ və İsmayıllıdan gələn vətəndaşlar Heydər Əliyev Mərkəzində qəbul edilib.

  • Amerika Birləşmiş Ştatlarının Azərbaycandak...

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri İsmayıllıda

    2016-08-25

    25 avqust 2016-cı il tarixdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İsmayıllıya səfərə gəlib.Səfər proqramına uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev səfiri qəbul edib və rayonun iqtisadiyyatı, sənayesi, coğrafiyası milli tərkibi, tarixi barədə qonaqları məlumatlandırıb.

  • Yapon qonaqların səfəri başa çatdı

    Yapon qonaqların səfəri başa çatdı

    2016-08-24

    İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində 12 avqust 2016-cı il tarixindən “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Konişi Tsuneo və 2 şagird Kaneko Reon, Sekikava Kiyotatsu İsmayıllıda səfərdə olublar.

  • Bələdiyyələrin maarifləndirilməsi seminarı ...

    Bələdiyyələrin maarifləndirilməsi seminarı keçirilmişdir.

    2016-08-24

    24 avqust 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Göycay regional ədliyyə şöbəsi tərəfindən İsmayıllı və Şamaxı rayonları üzrə bələdiyyələrin maarifləndirilməsi seminarı keçirilmişdir.

  • Mərkəzi Xəstəxanada kitab sərgisi təşkil ol...

    Mərkəzi Xəstəxanada kitab sərgisi təşkil olunub

    2016-08-24

    24.08.2016 ci il də İsmayilli rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin Oxuculara xidmət şöbəsinin işçiləri tərəfindən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında kitab sərgisi təşkil olunub.

  • Məntəqə seçki komissiyalarının sədrləri ü...

    Məntəqə seçki komissiyalarının sədrləri üçün seminar kurslara başlanıldı

    2016-08-23

    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslara 22 avqust 2016-cı il tarixdə İsmayıllı rayonunda başlanıldı.

  • Yaponiyalı qonaqlar 2 saylı  tam orta məktəbd...

    Yaponiyalı qonaqlar 2 saylı tam orta məktəbdə

    2016-08-20

    20 Avqqust 2016-ci il tarixidə Yaponiyadan gəlmiş qonaqlar İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə gorusüblər.

  • Uşu idman növü üzrə Azərbaycan birinciliyi k...

    Uşu idman növü üzrə Azərbaycan birinciliyi keçirilir

    2016-08-20

    İsmayıllı Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UŞU Fedarasiyasının birgə təşkilatçılığı ilə 20-21 avqust 2016-ci il tarixlərdə Uşu idman növü üzrə Azərbaycan birinciliyi keçirilir.

əvvəlki [20] növbəti