Müstəqilliyimizə həsr olunmuş idman yarışı keçirilib
21 oktyabr 2018-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş karate üzrə 4-18 yaş qrupları arasında respublika birinciliyi keçirilib. Tədbiri İdman Komleksinin direktoru Tofiq Hümbətov açıb və bu yarışda idmançılara uğurlar arzulayıb. Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov , Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək ölkə rəhbərin idmana olan diqqət və qayğısından , həmçinin İsmayıllı rayonunda belə mötəbər yarışların keçirilməsinin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar. VTC üzrə karate Fedarasiyasının prezidenti Nurəddin Quliyev çıxış edərək yarış haqqında məluma verib. Birincilikdə İsmayıllıdan, Bakı Karate-Do Akademiyasından, 35 şəhər və rayondan olmaqla 500 nəfər idmançı iştirak edib. Şəxsi birincilik yarışlarında müxtəlif çəki dərəcələrində I, II və III yerin qalibləri VTC üzrə Karate Fedarasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.