Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Xalq Cümhuriyyəti-100” silsiləsindən növbəti tədbir keçirilib

23 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan Xalq Cümhuriyyəti-100” silsiləsindən növbəti tədbir İsmayıllı rayonunda Uşaq kitabxanasında 90 nəfərin iştirakı ilə “ARB Aranfilm”in ərsəyə gətirdiyi “Düdəngidən Münhenə” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, “ARB Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyev, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar kollecinin bir qrup tələbəsi, ümumtəhsil məktəblərinin 10-11 sinif şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva qonaqları salamlayıb və Cümhuriyyət ilinə həsr olunmuş sənədli filimlərin rolundan danışıb. Bu cür sənədli filmlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyərli töhfə olduğunu qeyd edib.
  “ARB Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb və sənədli filmin təqdimatında yaradılan şəraitə görə təşəkkürünü bildirib.

 

Keçidlər