Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı DAİM yanında “Fermerlərin Koordinasiya Şurası”nın iclası keçirilib.

25 oktyabr 2018 | 16:00

25 oktyabr 2018-ci il tarixdə “Fermer evi”ndə İsmayıllı DAİM yanında “Fermerlərin Koordinasiya Şurası”nın növbəti iclası keçirilib.
Şurada təşkilati məsələyə baxılmış, Hacıhətəmli kənd sakini Qubadov İzzət Paşa oğlu yekdilliklə “Fermerlərin Koordinasiya Şurası”nın sədri seçilmişdir. Sonra cari məsələlərə baxılmış, fermerləri narahat edən problemlər müzakirə olunmuş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimova müraciət qəbul olunmuşdur. Müraciətdə payızlıq əkinlərin aparılmasında gübrə çatışmazlığı, “Fermer evi”nin mebel və avadanlıqlara təmin olunması, eləcə də fermerləri narahat edən digər problemlər öz əksini tapmışdır.
İsmayıllı DAİM tərəfindən fermerlərin vaxtaşırı tədbirlərinin keçirilməsi, eləcə də şuranın  fəaliyyəti üçün xidməti otaqlar ayrılıb, avadanlıq və mebellərlə təchiz olunub.

Keçidlər